Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək “Beauty queen of the universe” beynəlxalq gözəllik yarışında təmsil edəcək.
Viral.az xəbər verir ki, 51 yaşlı aktrisa bu haqda özü məlumat yayıb.
O bildirib ki, Qahirədə keçiriləcək yarışmada 150 ölkədən olan xanım çıxış edəcək. Naina İbrahimova ABŞ, İspaniya, Estoniya, Özbəkistan, Meksika, Mərakeş, Fransa, Almaniya, Livan və digər ölkələrdən olan qadınlarla birincilik uğrunda mübarizə aparacaq.
Son Yazılar:
- “Salyanski kazarma”nın zabitinə 10 il yarım həbs: 2 milyonluq əmlakı ALINDI
- Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü AÇILDI
- Ədalət Verdiyev həbs EDİLDİ
Xatırladaq ki, Naina İbrahimova 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa işləyir. 2010-cu ildə “Əməkdar artisti” fəxri adına alıb. “Bəyaz həyat”, “Moskva-Bakı” qatarı”, “Bir dəfə Qafqazda” kimi ekran işlərində rol alıb. 2013-cü ilin oktyabrında Fərid adlı fotomodellə ailə qurub. Onların 2015-ci ilin fevralın 23-də oğul övladı olub (Qaynarinfo).