Putin Ərdoğana mesaj göndərdi: “Ona çatdırın ki…”

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə mavi yanacaq ötürən qaz emalı stansiyasına hücum cəhdini açıqlayıb: iki pilotsuz təyyarə vurulub.

Viral.az xəbər verir ki, putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində  beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə söhbət zamanı deyib.

“7-10 gün əvvəl Ukraynaya məxsus pilotsuz təyyarələr Qara dəniz sahilində yerləşən və Türkiyəyə qazın verildiyi nasos stansiyasına hücum etməyə cəhd göstərib… Bu, zarafat deyil, şişirtmə də deyil”, – Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşdə deyib.
 

Prezident qeyd edib ki, iki pilotsuz təyyarə Rusiya ordusunun elektron döyüş sistemləri tərəfindən sıxışdırılıb və Qara dəniz sahilində qaz nasos stansiyasının yaxınlığında yerə düşüb.
 

Putin üzünü görüşdə iştirak edən türkiyəli jurnalistə tutaraq deyib: “Lütfən, dostumuz prezident Ərdoğana bu faktları bildirin. Qara dənizdə gəmiçilik sistemini qoruyan gəmilərə də davamlı olaraq pilotsuz təyyarələrlə hücumlar edilir”.