Cənubi Afrikada ata və oğul dünyanın ən sürətli dronunu yaradıblar.
Viral.az “upi”yə istinadla xəbər verir ki, o, 804 km/saat sürətlənməyə qadirdir.
Qərbi Capedən olan Luke Bell və atası Maykın dediyinə görə, onların modeli “Peregreen 2” adlanır. Pilotsuz uçan aparat 3D çap olunmuş karbon lifindən hazırlanıb, batareya ilə işləyir və pultla təchiz olunub.
Son Yazılar:
- Acqarına şəkərli çayın TƏHLÜKƏSİ
- Fransa müxalifəti hökumətə etimadsızlıq səsverməsinə HAZIRDIR
- ABŞ-da əczaçılıq məhsullarının idxalına 25% rüsum tətbiq oluna BİLƏR
Mayk əlavə edib ki, onun modelləşdirmə təcrübəsi var. Məsələn, o, 2010-cu ildə futbol üzrə dünya çempionatının oyunlarına ev sahibliyi edən “Mbombela” stadionunu tikib. Luke isə müxtəlif platformalarda məzmun yaradır, kameraları və dronları nəzərdən keçirir.
(redaktor.az)