Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə bu gün imtahan təşkil olunacaq. İmtahan vermək üçün 93 nəfər qeydiyyatdan keçib.
Bu barədə Viral.az-a Dövlət İmtahan Mərkəzindən (DIM) məlumat verilib. Bildirilib ki, imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək və saat 16:00-da başlanacaq
Namizədlər buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
Son Yazılar:
- Ağdərədə dörd nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi BAÇLANDI
- Yeni dələduzluq növü – yaxınlarımızın nömrəsi ilə “torba tikə bilərlər” – VİDEO
- Azərbaycan millisi Rusiya yığması ilə ikinci yoldaşlıq oyununu keçirəcək
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər.
Bir saat davam edəcək imtahanda iştirakçılara peşəkarlıq səriştələrinə dair 25 test tapşırığı təqdim edilir. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 15 və daha çox bal toplamış sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamə təqdim ediləcək.