Bu il “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 45 dəfə daş atılıb.
Viral.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, qatarlara daş atılması nəticəsində sərnişinlərin və qatar heyətinin həyatı təhlükə altına düşür, qatara ciddi zərər dəyir, maşinist qatarı təcili saxlamalı olur, nəticədə hərəkət cədvəlində gecikmələr yaranır.
Son Yazılar:
- Balakəndə məktəbli qız canına qəsd etdi
- İran səfiri Fransa XİN-ə ÇAĞIRILDI
- Britaniyanın Baş naziri sülhməramlıların yerləşdirilməsinin müzakirəsi üçün Ukraynaya gedəcək
“Bu qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericiliyə uyğun olaraq cərimələnirlər. Qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, ADY valideynlərə uşaqları bu barədə mütəmadi maarifləndirməyi tövsiyə edir. Dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir”,-deyə məlumatda qeyd edilib.