Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Esra Ərdoğan “X” sosial şəbəkəsindəki mikrobloqunda Suriyadakı hadisələrə münasibət bildirib.
Viral.az xəbər verir ki, o, “Əsəd yıxıldı və lider Ərdoğan qalib gəldi”,- deyə yazısına Ərdoğanın fotosunu əlavə edib.
Bu gün səhər media Suriyanın paytaxtı Dəməşqin “Heyət Təhrir əş-Şam” qruplaşması tərəfindən tutulması barədə xəbər yayıb.
Son Yazılar:
- 2025-in trendi: hansı rəngləri daha çox görəcəyik?
- Bu xərçəng növləri nəsildən-nəslə keçir Siyahı
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
Suriya Prezidenti Bəşər Əsədin ölkəni tərk etdiyi də bildirilir.
“Heyət Təhrir əl-Şam” lideri Əbu Məhəmməd əl-Culani bildirib ki, bütün dövlət qurumları rəsmən təhvil verilənə qədər Suriyanın indiki baş nazirinin nəzarəti altında qalacaq.
Suriyanın indiki baş naziri Məhəmməd Qazi əl-Cəlali televiziya ilə çıxışında Suriya yaraqlılarının Dəməşqə daxil olmasından sonra respublikada hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu bildirib (cebheinfo).