Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən Viral.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F1 əl qumbarası və onun partladıcı hissəsi, 11 ədəd TOZ-8 markalı tufəngin mərmisi, 10 ədəd AK-74 markalı avtomat silahının darağı, 2 ədəd işarə fişəngi, 1 ədəd elektrodetonator, PDM markalı zirehli döyüş maşınına məxsus 1 ədəd optik görmə cihazı, 744 ədəd 7.62 mm-lik və 313 ədəd 5.45 mm-lik avtomat mərmisi olduğu müəyyən edilib.
Son Yazılar:
- 2025-in trendi: hansı rəngləri daha çox görəcəyik?
- Bu xərçəng növləri nəsildən-nəslə keçir Siyahı
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.