Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir.
Viral.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Məhəmməd Qazi Əl-Cəlali “Al Arabiya”ya açıqlama verib.
Suriya döyüşçülərinin rəhbərləri ilə danışıqlar apardığını açıqlayan Baş nazir, sonuncu dəfə Bəşər Əsədlə dekabrın 7-də axşam əlaqə saxladığını bildirib.
Son Yazılar:
- 2025-in trendi: hansı rəngləri daha çox görəcəyik?
- Bu xərçəng növləri nəsildən-nəslə keçir Siyahı
- “Barselona” qalib gəldi, “Mançester Siti” uduzdu
Əl-Cəlalinin sözlərinə görə, Suriya nazirlərinin əksəriyyəti Dəməşqdə qalır. Baş nazir həmçinin qeyd edib ki, hökumət qüvvələrinə tabe olan müdafiə nazirliyinin fəaliyyət göstərib-göstərmədiyini də bilmir.
Qeyd edək ki, bundan öncə “Reuters” Bəşər Əsədin ölkəni tərk etdiyini yazıb.