Haysam əl-Qays daha üç il OPEC-in baş katibi OLACAQ

OPEC ölkələri nazirlər konfransında Küveyt təmsilçisi Haysam əl-Qaysın təşkilatın baş katibi vəzifəsində səlahiyyət müddətini daha üç il müddətinə uzadıb.

Viral.az xəbər verir ki, bu barədə OPEC-in bəyanatında deyilir.

Əl-Qays 2017-2021-ci illərdə Küveytin OPEC-dəki nümayəndəsi olub. Onun səlahiyyət müddəti 2025-ci il avqustun 1-dən 3 il müddətinə uzadılır.

Son Yazılar:

Qeyd edək ki, OPEC Konfransı adətən baş katibi 3 il müddətinə təyin edir və onun səlahiyyətlərini eyni müddətə daha bir dəfə uzada bilər.