Polşa rusiyalı iş adamı, “Finstar Financial Group” investisiya qrupunun müşahidə şurasının sədri Oleq Boykonu sanksiyalar siyahısına əlavə edib.
Viral.az xəbər verir ki, Polşanın daxili işlər naziri Tomaş Siemonyak dekabrın 12-də Boykonun sanksiya siyahısına əlavə edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, onun Polşaya girişi qadağan edilib, ölkədəki aktivləri isə dondurulacaq.
Son Yazılar:
- Aİ bu ölkələrdən olan 16 şəxsi “qara siyahı”ya ALACAQ
- Azərbaycanda iş adamı "Lexus"la düşdüyü qəzada həlak OLDU
- İki qardaşı ölən bacının da meyiti TAPILDI
O. Boyko hazırda Ukrayna və Avstraliyanın “Qara siyahı”sındadır. 2023-cü ilin noyabrında Kanada hakimiyyəti iş adamına qarşı sanksiyaları ləğv edib. “Forbes”in məlumatına görə, Boykonun sərvəti 1,2 milyard dollar qiymətləndirilir.