ABŞ hakimiyyəti Gürcüstanın iki məmuruna sanksiya tətbiq edib.
Viral.az xəbər verir ki, siyahıda respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelaurinin də adı var. Sənəddə qeyd olunur ki, nazirlik rəhbəri “dinc aksiyaların yatırılmasında” iştirakına görə məhdudiyyətlərə məruz qalıb.
Qeyd edək ki, Böyük Britaniya da Gürcüstanın daxili işlər nazirinə və ölkənin bir neçə vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib.
Son Yazılar:
- ABŞ doqquz neft tankerini İrana qarşı sanksiyalar siyahısına daxil ETDİ
- 7 bitki çayı həzm pozğunluğunu aradan qaldırır
- Azərbaycan səfiri Rusiya XİN müavininə Bakının sülh müqaviləsinə dair mövqeyini təqdim ETDİ
Bundan başqa, sanksiyalar daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze, Tbilisi Polis Departamentinin rəisi Sulxan Tamazaşvili, Daxili İşlər Nazirliyi Xüsusi Tapşırıqlar Departamentinin rəisi, Gürcüstan xüsusi təyinatlılarının rəhbəri Zviad Xarazişvili və onun müavini Mileri Laqazauriyə də şamil olunub.