“200-ə yaxın həkim ölkə xaricindən qayıdaraq Azərbaycanda fəaliyyət göstərməyə başlayıb”.
Viral.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, bir qrup həkimin ölkəyə gətirilməsi ilə bağlı pilot layihə həyata keçiriləcək:
Son Yazılar:
- Sahibə Qafarova İtaliyanın Azərbaycandakı səfiri ilə görüşdü
- Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam İMZALADI
- Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik ETDİ
“Xaricdə yaşayan həkimlərlə daim əlaqə saxlayırıq. İlk dəfə açıqlayım ki, Almaniyada yaşayan bir qrup həkimin ölkəyə gətirilməsi ilə bağlı pilot layihə həyata keçirəcəyik. Həkimlərlə danışıqlar aparılıb, bizə kifayət qədər dəstək olurlar. Almaniyadan gələn həkimlərin gələn ildən regionlarda fəaliyyətə başlaması nəzərdə tutulur”.
V.Qurbanov əlavə edib ki, pilot layihə çərçivəsində həkimlər 5 rayonu əhatə edən bir bölgədə çalışacaqlar: “Həkimlərin sayı və hansı bölgədə çalışmaları ilə bağlı pilot layihə işə düşəndə dəqiq açıqlama veriləcək. Söhbət ilk növbədə cərrahi tibbi xidmətin qurulmasından gedir”.
TƏBİB sədri, həmçinin gələn ilin sonuna kimi bütün ölkə ərazisində xaricdə oxuyan həkimlərin işləyəcəyinə ümid etdiyini bildirib.