Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.
Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Hər iki qardaş ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.
Son Yazılar:
- Niyə sol tərəf üstə yatmaq daha təhlükəsizdir? – CAVAB
- Damaqda ağ yara: Evdə necə təmizləmək olar?
- 2025-ci ilin ən uğurlu günləri – Toy və vacib işlərinizi bu tarixlərə sala bilərsiniz
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.