Misir “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Viral.az “Report”-a istinadən xəbər verir ki, müvafiq məzmunlu sənədi Misir Xarici İşlər Nazirliyi (XİN) yayıb.
“Misir Ərəb Respublikasının hökuməti və xalqı sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dost Azərbaycan Respublikasına başsağlığı verir”, – XİN-in bəyanatında bildirilib.
Son Yazılar:
- Naxçıvanda yol qəzasında 5 nəfər xəsarət ALDI
- Azərbaycanla Türkiyə arasında müttəfiqlik gündəliyində duran məsələlər müzakirə olundu
- “Çirkab sular Ceyranbatan gölünün mühafizə zonasına çatmır”
Qahirə, həmçinin belə ağır məqamda Bakıya dəstəyini bəyan edib, bütün yaralılara tezliklə sağalmağı arzulayıb. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.