AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.
Viral.az xəbər verir ki, onların nəşi Qazaxıstandan gətirilərək II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Son Yazılar:
- Daha bir güləşçimiz Avropa çempionatında medal QAZANDI
- “Beşiktaş” öz meydanında “Başakşəhər”ə UDUZDU
- Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.