Sosial şəbəkələrdə “#Rusiyaüzristə” həştəqi ilə kampaniya başladılıb.
Viral.az xəbər verir ki, istifadəçilər Rusiyadan Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin ölkənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulmasına görə üzr istəməsini tələb edirlər.
Sözügedən həştəqlə əsas olaraq feysbuk və “X” sosial şəbəkələrində paylaşımlar edilib.
Son Yazılar:
- Təyyarə qəzasında həlak olanların nəşinin müayinəsi aparılacaq
- İsrail hərbçiləri Qəzzada reyd zamanı 240-dan çox radikalı SAXLADI
- Husilər ABŞ-nin PUA-sını VURDU
Bu paylaşımlara bir sıra tanınmış şəxslər də qoşulub.
Qeyd edək ki, “Caliber.Az” Azərbaycan hakimiyyət orqanlarından əldə etdiyi məlumata əsasən, Rəsmi Bakının Rusiyadan üzr gözləməsini bildirib: “Rəsmi Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir”.
Xatırladaq ki, dekabrın 26-da “Euronews” “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raketin olduğunu yazıb.