Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni il münasibətilə xalqa müraciət edib.
Viral.az-ın məlumatına görə, o, terrordan təmizlənmiş Türkiyə və terrorsuz bölgə vizyonunu reallaşdırmaq üçün qəti addımlar atılacağını bildirib.
Ərdoğan 2025-ci ildə xalqa yeni müjdələr verməyi ümid və arzu etdiyini söyləyib.
Son Yazılar:
- Seçkilərdə neçə nəfərin namizədliyi qeydə alınıb? – AÇIQLAMA
- “Milad ağaclarını yeməyin” – Qəribə XƏBƏRDARLIQ
- İlham Əliyev İran rəsmilərini qəbul etdi – FOTO
“2025-ci ildə birliyimizi, həmrəyliyimizi daha da gücləndirəcəyik”, – o qeyd edib.
“Hər ikisi Qara dənizdən qonşumuz olan Rusiya və Ukrayna arasındakı müharibəni ədalətli sülhlə bitirmək bizim prioritetimiz olaraq qalır. Ümidimiz 2025-ci ildə şimalımızda yeni bir dövrün başlamasıdır”, – Türkiyə lideri əlavə edib.
Rusiya Prezidenti Vladimir Putin də yeni il münasibətilə xalqa müraciət edib. Onun sözlərinə görə, son bir ildə Rusiya ən çətin çağırışlara cavab verə bilib. Putin deyib ki, hələ həll edilməli çox şey var, lakin artıq görülən işlərlə fəxr etmək olar.
“İndi yeni il ərəfəsində biz gələcək haqqında düşünürük. Hər şeyin yaxşı olacağına əminik. Biz yalnız irəliləyəcəyik”, – o deyib.