2024-cü ilin son günü dünya ölkələri Yeni 2025-ci ili müxtəlif cür qarşıladılar.
Bəs Avropa ölkələrinin paytaxtaları yeni ili necə qarşıladılar?
Viral.az-ın məlumatına görə, Fransanın paytaxtı Parisdə atəşfəşanlıq şouları təşkil edilib. Yüz minlərlə adam təşkil edilən şoudan həzz alaraq, Yeni ilə daxil olub. Dünyaca məşhur “Champs Elysees” prospektindəki şəhərin simvolik Zəfər tağından edilən atəşfəşanlıq bütün şəhəri işıqlandırıb.
Son Yazılar:
- Xersonda Litva konsulluğunun binası VURULDU
- Cənnət xurmasının heç kimin bilmədiyi zərəri MƏLUM OLDU
- Almaniya mətbuatı Berbokun Suriyaya səfərinin məqsədini AÇIQLADI
İtaliyanın paytaxtı Roma
Tarixi Kolizey ətrafına toplaşan minlərlə insan Yeni ili burada qarşılayıb. Atəşfəşanlıq şəhərin səmasını işıqlandıraraq minlərlə insanın sevincinə səbəb olub. Hər il olduğu kimi bu dəfə də milyonlarla turist üçün şəhər daxilində bir sıra tədbirlər keçirilib. İkonik Qaribaldi heykəlinin altındakı Canikolo təpəsində tədbir təşkil edilib. Tamaşaçılar yaşıl lazerləri göstərib, məşəlləri tutublar və saat əqrəbi 00:00 göstərdikdə yüksək səslə alqışlayaraq pozitiv şəkildə və ümidlə Yeni ili qarşılayıblar.
Berlin, Almaniya
Almaniyanın paytaxtında atəşfəşanlıq təşkil olunub. Tamaşaçılar Berlindəki məşhur Brandeburq Qapısı qarşısında toplaşıblar.
Atəşfəşanlıq səmanı müxtəlif rənglərlə işıqlandırıb.
Afina, Yunanıstan
Yunanıstanın paytaxtı Afinada fərqli yanaşma ortaya qoyulub.
Belə ki, 2025-ci ilin gəlişini qeyd etmək üçün Afinadakı Akropolun üstündəki Pathenon yaxınlığında səssiz atəşfəşanlıq və işıq şousu təşkil edilib.
Şəhər sakinləri və turistlər bir neçə dəqiqə davam edən şənlikdən həzz alıblar.
Atəşfəşanlıq səmanı müxtəlif rənglərlə işıqlandırıb.
Viral.az/articles/2025/01/01/1735710244_1355d8fb-40af-45ba-9369-f7b4c3a786af.jpg”/>