Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədri Andriya Mandiçə başsağlığı məktubu ünvanlayıb.
Viral.az məktubun mətnini təqdim edir:
“Monteneqronun Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi. Bu faciə ilə əlaqədar Sİzə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.
Son Yazılar:
- AZAL təyyarəsinin “qara qutu”larının yoxlanılması başa çatdırıldı
- Yaponiyada bu üzümün salxımı 12 min dollara satılıb
- Azərbaycan-İran sərhədində zəlzələ OLDU