Qazaxıstanın Akmola vilayətində sürücülərin sürət rejimini və məsafəni pozması nəticəsində 95 avtomobilin iştirakı ilə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, qəza Janatalap kəndi yaxınlığında, yolun 153-cü kilometrliyində baş verib.
Hazırda hadisə yerində polis və fövqəladə hallar xidmətinin əməkdaşları tədbirlər görür. Avtomobillərin təxliyəsi və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi həyata keçirilir.
Son Yazılar:
- “Bakıda xəsislik edənlərin gözü önündə indi trilyonlar yanır” – Mirşahin
- “Barselona” “Real” ilə matçda tarixi uğura imza ATDI
- Dördgünlük iş həftəsinə keçilə BİLƏR
Daha əvvəl təcili yardım xidmətləri bölgədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq etmiş və bütün sürücülərə, xüsusilə şəhərkənarı yollarda səyahətdən çəkinməyi tövsiyə etmişdi.