Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin quyruq hissəsi hadisə yerindən çıxarılıb.
Viral.az xəbər verir ki, görüntüləri yerli “Telegram” kanalları paylaşıb.
Kadrlarda təyyarənin qalıqlarının yük maşını ilə aparıldığı əks olunub.
Son Yazılar:
- “Bakıda xəsislik edənlərin gözü önündə indi trilyonlar yanır” – Mirşahin
- “Barselona” “Real” ilə matçda tarixi uğura imza ATDI
- Dördgünlük iş həftəsinə keçilə BİLƏR
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.