"Meta"nın sosial media platformalarında dəyişiklik EDİLƏCƏK

"Meta"nın sosial media platformalarında dəyişiklik  EDİLƏCƏK

ABŞ-də yerləşən “Meta” şirkəti ifadə azadlığını bərpa etmək üçün fakt yoxlama proqramını dayandıracağını, “Facebook” və “Instagram” da daxil olmaqla platformalarda ifadə məhdudiyyətlərini aradan qaldıracağını açıqlayıb.

Viral.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Mark Zukerberq videomüraciətində bildirib.

“Biz səhvləri azaltmaq, qaydaları sadələşdirmək və platformalarda ifadə azadlığını bərpa etmək üçün köklərimizə qayıdırıq”, – o deyib.

Son Yazılar:

Şirkət həmçinin mövcud məzmun moderasiyası təcrübələrinin “həddindən artıq irəli getdiyini” etiraf edib.