Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası üzrə komissiyaların görüşü keçiriləcək.
Viral.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın Aparatından bildirilib.
Məlumatda qeyd olunur ki, konkret tarix barədə hələlik razılıq əldə olunmayıb.