ABŞ Ali Məhkəməsi TikTok-un ölkə ərazisində fəaliyyətini dayandırmasını nəzərdə tutan qanunun lehinə qərar verə bilər.
Viral.az xəbər verir ki, məlumat ABŞ paytaxtında keçirilən məhkəmə dinləmələrindən sonra yerli media tərəfindən yayımlanıb.
Məhkəmədə TikTok-a sahib olan Çin şirkəti ByteDance-in ya sosial şəbəkəni satmalı, ya da 19 yanvar tarixinə qədər ABŞ ərazisində fəaliyyətini dayandırmalı olduğu qanun müzakirə edilib.
Son Yazılar:
- Suriyanın yeni hakimiyyəti ölkədə təhsili pulsuz etmək NİYYƏTİNDƏDİR
- Türkiyənin hakim partiyasının İcraiyyə Komitəsi yenilənəcək
- İtaliyada qar uçqunu OLDU
Qanunun hüquqi əsasları
ABŞ prezidenti Co Bayden ötən il Konqres tərəfindən qəbul edilmiş və TikTok-un fəaliyyətinə məhdudiyyətlər qoyan qanunu imzalamışdı. Məhkəmə prosesində çıxış edən hakimlər qanunun yalnız xarici şirkətlərə aid olduğunu vurğulayıb.
“Qanun TikTok-un fəaliyyətinin tamamilə dayandırılmasını tələb etmir. Şirkətin ByteDance tərəfindən idarə edilməməsi şərtini irəli sürür,” – deyə hakim Emi Koni Barrett bildirib. Hakim Yelena Kaqan isə əlavə edib: “Bu qanun yalnız ABŞ Konstitusiyasının Birinci Düzəlişi hüququ olmayan xarici şirkətə qarşı yönəlib”.
TikTok-un gələcəyi
Ali Məhkəmə qanunun icrasına dair qərarını TikTok-un ABŞ-dakı taleyini həll edəcək şəkildə yaxın günlərdə elan edə bilər. Əgər qanun qüvvədə qalarsa, TikTok-un ABŞ-dakı fəaliyyəti 19 yanvarda tamamilə dayandırıla bilər.