Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra yeni hakimiyyət ölkəyə xarici məhsulların idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Viral.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Bildirilir ki, Suriya mağazalarının piştaxtalarına xaricdən gətirilən “Pepsi” içkisi, “Pringles” çipsləri, “Twix” və “Snickers” şokaladları, “Heinz” ketçupu, Livanda yetişdirilən banan və s. görmək mümkündür.
Son Yazılar:
- NATO bu iki ölkəni dünya təhlükəsizliyinə təhdid hesab EDİR
- Sabiq icra başçısı vəfat ETDİ
- Qrenlandiya Trampla əməkdaşlıq imkanları AXTARIR
Bəşər Əsədin hakimiyyəti dövründə Suriyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar səbəbindən xarici malların idxalı çətin idi, hətta hakimiyyət bu məhsulların gətirilməsini qadağan etmişdi. Suriyada qonşu Livan şirkətləri ilə və ya başqa adlar altında müştərək müəssisələr vasitəsilə çoxlu xarici məhsullar istehsal olunurdu.
Bundan başqa, Bəşər Əsədin dövründə büdcə gəlirlərini artırmaq üçün bəzi idxal mallarına rüsumlar artırılıb. Məsələn, keçən il “iPhone”lar üçün rüsum 900 dollara qədər idi.