Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş müxalifət lideri, İYİ partiyanın eks sədri Maral Akşeneri köməkçisi təyin edəcək.
Viral.az xəbər verir ki, bu iddia ilə jurnalist Erdal Sağlam çıxış edib.
Qeyd olunub ki, onun təyinatı artıq dəqiqləşib.
Son Yazılar:
- Volodimir Zelenskinin aylıq maaşı ötən il 664 dollar olub
- Azərbaycanın bu şəhərində qəbiristanlıq yoxdur
- Xalq artisti xəstəxanaya YERLƏŞDİRİLDİ
E.Sağlamın sözlərinə, bununla da Ərdoğanın köməkçilərinin sayı ikiyə çatdırılıb.
Hazırda onun köməkçisi ölkənin vitse-prezidenti Cevdet Yılmazdır.
Qeyd edək ki, qarşıdakı aylarda Türkiyə Nazirlər Kabinetində dəyişiklik olacağı gözlənilir. İddiaya görə, ən azı altı nazir vəzifəsindən azad ediləcək.
Xatırladaq ki, Akşener ötən il iyunun 5-də Ərdoğanla görüşüb O, ötən ilin mayında partiya sədrliyindən istefa verib.