Dünən axşam saatlarında Xətai rayonunda intihar hadisəsi baş verib.
Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində qeydə alınıb. Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Murad İbrahim oğlu Kərbalıyev özünü M.Hadi küçəsi 68 ünvanındakı binanın 17-ci mərtəbəsinin eyvanından atıb. O, hadisə yerində ölüb.
Əldə etdiyimiz məlumata görə, vəfat edən gənc “Azəriqaz” İB-nin keçmiş mətbuat katibi, hazırda qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi vəzifəsində çalışan İbrahim Kərbalıyevin oğludur.
Son Yazılar:
- Ağ şəhərdə mənzildə partlayış baş verdi – YENİLƏNİB
- Yaxın gələcəkdə imtahanlar rəqəmsal formada keçiriləcək
- Təmirinə 9 min manat xərcləndiyi deyilən “Volqa” ilə bağlı rəsmi cavab: “Rəhbərlik dəyişib”
Yüksək balla Azərbaycan Neft və Sənaye Universitetinin bakalavr və magistr pillələrini bitirən Murad da həmin qurumda çalışırmış.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.