90 saylı tam orta məktəbin VI sinif şagirdinin bullinqə məruz qalması ilə bağlı sosial mediada paylaşımlar edilib.
Sosial media istifadəçilərinin biri tərəfindən edilən paylaşımda qeyd olunub ki, sözügedən şagird öz sinif yoldaşları tərəfindən döyülərək yeməyi əlindən alınıb:
“Bir müddətdir qardaşım məktəbdə sinif yoldaşları tərəfindən bullinqə məruz qalıb, lakin bizə deməyib. O, yoldaşları tərəfindən döyülüb, incidilib, tərbiyəsiz hərəkətlərlə şantaj edilib”, – deyə paylaşımda qeyd olunub.
Son Yazılar:
- HƏMAS girovları tezliklə azad edəcək
- Türkiyə Qəzzada atəşkəsi dəstəkləyir – Hakan Fidan
- Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək VƏFAT ETDİ
Viral.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 14-də 90 saylı tam orta məktəbin VI sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) qarşı sinif yoldaşları tərəfindən təzyiq göstərilməsi ilə bağlı araşdırma aparılıb:
“Qeyd olunan şagirdlər və valideynlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi, məktəb rəhbərliyi, sinif rəhbəri və psixoloqun iştirakı ilə görüş keçirilib.
Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi gücləndirilib. Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri dəstəkləyici işlər aparılır.
Yanvarın 15-də digər şagirdlərin valideynləri də məktəbə dəvət edilib, onlara övladlarının davranışına diqqətin artırılması yönündə müvafiq tövsiyələr verilib.
BŞTİ-nin və Sabunçu Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsi nümayəndələrinin iştirakı ilə aparılmış müzakirələrdə uşaqlar və valideynlər arasındakı anlaşılmazlıq aradan qaldırılıb”,- deyə cavabda qeyd olunub.