ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan israilli girovların tezliklə azad ediləcəyini bildirib.
Viral.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bizim Yaxın Şərqdəki girovlarla bağlı razılaşmamız var. Onlar yaxın vaxtlarda azad olunacaqlar”, – paylaşımda qeyd edilib.
Son Yazılar:
- Bu balları almayın! – Siyahı+Fotolar
- Orban Trampın andiçmə mərasimində iştirak ETMƏYƏCƏK
- "Yuventus" yeni transferini təqdim ETDİ
Bundan əvvəl “Əl-Qahira Əl-İxbariya” telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.
Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.