Gürcüstan müxalifəti intihar vəziyyətindədir.
Viral.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O, müxalifətin dövlət sisteminə qarşı sabotaj həyata keçirdiyini, lakin bunun sonradan onların neytrallaşdırılması ilə nəticələnəcəyini bildirib.
Son Yazılar:
- Uzun müddət sonra Qəzzada xoşbəxt anlar
- İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 23 nəfərə ÇATDI
- Bu balları almayın! – SİYAHI
Kobaxidze, müxalifətin intihar vəziyyətində olduğunu deyib. Baş nazir, müxalifətin “tamamilə itkin düşdüyünü və təsirsiz olduğunu” deyərək, bu vəziyyətin ölkə üçün yaxşı olduğunu qeyd edib.
“Hazırda çox yaxşı proseslər gedir. 2025-ci il, “Kollektiv Milli Hərəkat” adlanan siyasi qüvvənin tamamilə neytrallaşdırılması ili olacaq. Bu, Gürcüstanın demokratiya sistemi və dayanıqlı inkişafı üçün çox vacibdir”, – İ.Kobaxidze əlavə edib.