Türkiyə Qəzza zolağında atəşkəs razılaşmalarını dəstəkləyir, lakin bu barədə hələlik rəsmi məlumatı yoxdur.
Viral.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransı zamanı bildirib.
“Yaxın saatlarda bu məsələ ilə bağlı rəsmi açıqlamalar alacağımızı gözləyirik. Türkiyə olaraq bu istiqamətdə istənilən addımı dəstəkləyirik, bu, regional sabitliyin təmin olunması üçün vacibdir”, – türkiyəli nazir bildirib.
Son Yazılar:
- İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 23 nəfərə ÇATDI
- Bu balları almayın! – SİYAHI
- Orban Trampın andiçmə mərasimində iştirak ETMƏYƏCƏK
Fidan əlavə edib ki, Ankara 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan Fələstin Dövlətinin yaradılması ilə Yaxın Şərq probleminin iki dövlət əsasında həlli istiqamətində səylərini davam etdirəcək.