17-18 yanvar tarixlərində təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.
Bu barədə Viral.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu barədə elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib.
Son Yazılar:
- Bakıda yeni parkın abadlaşdırılmasına ayrılan vəsait AÇIQLANDI
- Bu ərazidə 4 saat işıq OLMAYACAQ
- Məhkəmə Cənubi Koreya Prezidentini həbsdə SAXLADI
Plana əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və “dəyirmi masa”ların keçirilməsi nəzərdə tutulur.