Bu gün İmişli və Saatlı rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Viral.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Birliyin “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərinin 80-ci km-də “Hacıqabul-Horadiz” avtomobil yolu ilə kəsişən hissədə əmələ gəlmiş qaz sızmasının ləğvi ilə bağlı saat 14:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
Son Yazılar:
- Bu 2 BÜRC ətrafındakılara sülh və xoşbəxtlik gətirir
- “Qalatasaray” “Antalyaspor”u böyük hesabla məğlub ETDİ
- Bu iki bürc ciddi münasibətdən qaçır
Təmir işləri aparılan müddətdə İmişli rayonunun tam olaraq, Saatlı rayonunun isə Məzrəli kəndinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.