Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında” fərman imzalayıb.
Viral.az-ın xəbərinə görə, fərmana əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” təsdiq edilib.
Eyni zamanda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı” təsdiqlənib.
Son Yazılar:
- Qarabağ Universitetinin tələbə yataqxanasının görüntüləri yayıldı
- Zaur Mikayılov Sabirabadda vətəndaşlarla görüşdü
- Bağçada azyaşlıya qarşı zorakılıq: Müəllim uşağın saçını yolub, döydü – VİDEO
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.