Bakıda müəllim valideynlə mübahisədən sonra ölüb? – AÇIQLAMA

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim VƏFAT ETDİ

5 nömrəli məktəbdən müəllimin valideynlə mübahisədən sonra ölməsi iddiası ilə bağlı açıqlama verilib.

Viral.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xeyransa Karakova ürək çatışmazlığı səbəbindən dəfələrlə xəstəxanada müalicə alıb. Fevralın 24-də evində halı pisləşərək xəstəxanaya yerləşdirilən X.Karakova fevralın 26-da orada dünyasını dəyişib:
“Rəhmətə gedən müəllimin vəfatı səbəbi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Allah rəhmət eləsin, məktəbin kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

***
Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.

Viral.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəli məktəbdə baş verib.

Son Yazılar:

Belə ki, təhsil müəssisəsinin Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb.

O, 2 gün komada qalıb. Ötən gün 55 yaşı olmuş müəllim bu gün müalicə aldığı xəstəxanada vəfat edib.