Rusiya prezidenti Vladimir Putin iyulda Astanada keçiriləcək sammit çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşməyi gözləyir.
Bu barədə Viral.az “TASS”a istinadən xəbər verir.
“Sizdən xahiş edirəm ki, prezident Ərdoğana ən xoş arzularımı çatdırasınız, ümid edirəm ki, yaxın gələcəkdə o Astanada olmalıdır. Onunla görüşmək və bütün cari məsələləri müzakirə etmək imkanımız olacaq”, – deyə Rusiya lideri Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə bildirib.
Son Yazılar:
- Acqarına şəkərli çayın TƏHLÜKƏSİ
- Fransa müxalifəti hökumətə etimadsızlıq səsverməsinə HAZIRDIR
- ABŞ-da əczaçılıq məhsullarının idxalına 25% rüsum tətbiq oluna BİLƏR
İyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.
(redaktor.az)