Putin onu ad günü münasibətilə təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Rusiyanın xalq artisti Svetlana Zaxarovanı ad günü münasibətilə təbrik edib və onun ilhamlı yaradıcılığı ilə məşhur rus baletinin ənənələrini parlaq şəkildə davam etdirdiyini qeyd edib.

Bu barədə Viral.az “TASS”a istinadən xəbər verir.

“Hörmətli Svetlana Yuryevna, doğum gününüz münasibətilə təbrikləri qəbul edin. Sizə uğurlar, cansağlığı və ən yaxşısını arzulayıram”, – Putin bildirib.

Son Yazılar:

Qeyd edək ki, rus balerinası, Rusiya Federasiyasının xalq artisti Svetlana Zaxarova 10 iyun 1979-cu ildə anadan olub. 1996-2003-cü illərdə Sankt-Peterburqdakı Mariinski Teatrının solisti olub. 2003-cü ildən indiyədək – Moskvada Böyük Teatrın solisti. 2007-ci ildə Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı olub.

(redaktor.az)