Xəbər verdiyimiz kimi, Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.
Viral.az xəbər verir ki, bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan 1988-ci il təvəllüdlü Şahin Babayev Azərbaycan Dövlət İqtisad Universitetinin 2010-cu il məzunudur.
O, 2011-ci ildən Sumqayıt Texnologiyalar Parkında çalışıb. 2012-2021-ci illərdə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyən Şahin Babayev 2023-cü ildə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub.
Son Yazılar:
- Bu 2 BÜRC ətrafındakılara sülh və xoşbəxtlik gətirir
- “Qalatasaray” “Antalyaspor”u böyük hesabla məğlub ETDİ
- Bu iki bürc ciddi münasibətdən qaçır
2024-cü ildə Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilən gənc məmur Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.