Argentinalı jurnalist Yanina Latorre Vanda Naranın “Qalatasaray”ın hücumçusu Mauro İkardidən boşandıqdan sonra borc içində boğulduğunu deyib.
Viral.az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, Vanda Nara hazırda Argentina məhkəmələrinə 240 milyon Argentina pesosu (383 min manat) borclu qalıb.
“Vanda Mauro İkardini şəxsi və qızlarının mobil telefonundan blokladığını, daha sonra idmançının ondan şikayət etdiyini açıq şəkildə bildirib. Həmçinin modelin məhkəmələrə milyonlarla dollar cərimə borcu var. Ətraflı daha sonrakı günlərdə danışacağam”, – Y.Latorre bildirib.
Son Yazılar:
- Bu 2 BÜRC ətrafındakılara sülh və xoşbəxtlik gətirir
- “Qalatasaray” “Antalyaspor”u böyük hesabla məğlub ETDİ
- Bu iki bürc ciddi münasibətdən qaçır
Qeyd edək ki, Mauro İkardi ilə Vanda Nara 2024-cü ilin noyabrında boşanıblar. Buna səbəb Vandanın Mauroya argentinalı reper L-Qante ilə xəyanət etməsi olub.