Bakıda məşhur “Boranı” restoranı YANIR

Bakıda məşhur "Boranı" restoranı YANIR

Bakıda “Boranı” restoranında yanğın başlayıb.

Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə restoranlar şəbəkəsinin “Əhmədli” metro stansiyası yaxınlığında olan filialında qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğındansöndürən texnikası cəlb olunub.

Son Yazılar:

FHN-dən bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:

“Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və əməkdaşları cəlb olunub. Əlavə məlumat veriləcək”.