XXVII tura bu gün yekun VURULACAQ

XXVII tura bu gün yekun VURULACAQ

Misli Premyer Liqasının XXVII turuna bu gün iki oyunla yekun vurulacaq.

Viral.az xəbər verir ki, əvvəlcə “Səbail” “Neftçi” ilə üz-üzə gələcək.

“ASCO Arena”da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq. Hazırda “Neftçi” 28 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 18 xala malik “Səbail” isə sonuncu – 10-cudur.

Son Yazılar:

Turun son matçı Tovuz şəhər stadionunda “Turan Tovuz”la “Sumqayıt” arasında baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

Tovuz təmsilçisi 43 xalla turnir cədvəlinin dördüncü pilləsindədir. 8-ci yerdə qərarlaşan Sumqayıt klubunun 25 xalı var.

Misli Premyer Liqası

III dövrə, XXVII tur

16 mart

16:00. “Səbail” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.

VAR: Rauf Allahverdiyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

“ASCO Arena”

18:30. “Turan Tovuz” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.

VAR: Kamal Umudlu.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında “Araz-Naxçıvan” “Şamaxı” ilə (1:1), “Kəpəz” “Qarabağ”la (0:0), “Sabah” isə “Zirə” ilə (1:1) heç-heçəyə razılaşıb.