Lənkəran rayonunda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.
Viral.az xəbər verir ki, bu barədə “Aztelekom”dan məlumat verilib.
Son Yazılar:
- Türkiyədə ağır yol qəzasında 20 nəfər YARALANDI
- Mourinyoya ağır cəza VERİLDİ
- “Real Madrid” 30-cu turda “Valensiya”ya uduzub, Vinisius penaltidən fərqlənə bilməyib
Bildirilir ki, bu gün “Aztelekom” MMC-nin Lənkəran rayonunda yerləşən xidməti ərazisində bədbəxt hadisə baş verib.
“Hadisə nəticəsində subpodratçı şirkətlərdən birinin əməkdaşı Cəmil Zöhrab oğlu Həsənov həyatını itirib. Hadisənin baş vermə səbəbləri ilə bağlı yerli aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır. Subpodratçı şirkətin həyatını itirən əməkdaşının ailəsinə başsağlığı veririk”, – qurumdan qeyd olunub.