Pakistan səfiri Azərbaycana başsağlığı verdi

Pakistan səfiri Azərbaycana başsağlığı verdi

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin həlak olması ilə bağlı başsağlığı verib.

Viral.az-ın məlumatına görə, səfir bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Martın 19-da Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin faciəvi şəkildə həlak olması ilə bağlı qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Dualarımız onların ailələri ilədir”, – o qeyd edib.

Son Yazılar:

Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşi dünən tapılıb.