Martın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar və yerli sakinlər üçün Novruz şənliyi təşkil edilib.
Viral.az xəbər verir ki, Azərbaycan xalqının qədim adət-ənənələrindən olan Novruz bayramının əsas personajları, Kosa, Keçəl və Bahar qızı uşaqları şənləndirib, bayram tonqalının ətrafında birgə rəqs ediblər.
Şənlik boyunca nağaraçılar, DJ-lər və animatorlar tərəfindən iştirakçılar üçün müxtəlif əyləncə və şou-proqramlar təşkil edilib, bayram əhval-ruhiyyəsi yaradılıb. Rəqqaslar milli musiqi sədaları altında oynaq rəqslər ifa edib, məktəb şagirdləri bayrama həsr olunan şeirlər söyləyib, müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər.
Son Yazılar:
- Zərdabda 4 otaqlı ev YANDI
- Əkrəm İmamoğlu və daha iki bələdiyyə sədri vəzifəsindən UZAQLAŞDIRILIB
- Polşa Belarusla sərhədə əlavə 1,5 min sərhədçi cəlb EDƏCƏK
Tədbirin sonunda uşaqlara bayram sovqatları paylanılıb.