Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə bildirib ki, Azərbaycanla sülh müqaviləsinə yalnız son düzəlişlər qalıb.
Viral.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
“Bizim qiymətləndirməmizə görə, sülh müqaviləsinin mətni kifayət qədər yetkindir” – deyə Paşinyan bildirib.
Son Yazılar:
- Acqarına şəkərli çayın TƏHLÜKƏSİ
- Fransa müxalifəti hökumətə etimadsızlıq səsverməsinə HAZIRDIR
- ABŞ-da əczaçılıq məhsullarının idxalına 25% rüsum tətbiq oluna BİLƏR
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyi də rəsmi Bakının son təkliflərinə cavab olaraq İrəvanın müqavilənin mətninin doqquzuncu nəşrini Azərbaycana təhvil verdiyi barədə məlumat yayıb.
(redaktor.az)