“Real Madrid”in futbolçusu Kilian Mbappe Fransa millisinin kapitanı kimi 2024-cü il Avropa Çempionatını qazanmaq arzusundan danışıb.
Viral.az xəbər verir ki, onun sözləri TNT Sports-un “X” sosial şəbəkəsində yayımlanıb.
“Avropa Çempionatını qazanmaq istəyirəm. Bu turnir mənim milli komandanın kapitanı kimi ilk yarışım olacaq, ona görə də bu, mənim üçün çox vacibdir”, – deyə Mbappe bildirib.
Son Yazılar:
- Acqarına şəkərli çayın TƏHLÜKƏSİ
- Fransa müxalifəti hökumətə etimadsızlıq səsverməsinə HAZIRDIR
- ABŞ-da əczaçılıq məhsullarının idxalına 25% rüsum tətbiq oluna BİLƏR
Qeyd edək ki, Fransa Polşa, Hollandiya və Avstriya ilə eyni qrupda oynayacaq .
Hazırkı Avropa çempionları finalda İngiltərəni penaltilər seriyasında məğlub edən İtaliyadır.
Fransızlar 1984 və 2000-ci illərdə Avropa çempionu olublar. Avro 2016-da Fransa finala yüksəlib və burada Portuqaliya millisinə əlavə vaxtda məğlub olub.
(redaktor.az)