İrəvanın Baqramyan prospekti ilə Dəmirçyan küçəsinin kəsişməsində keçirilən aksiyanın bəzi iştirakçıları polislərə şüşə atıb, polis divarını yarmaq istəyərkən polisin dəbilqə və dəyənəklərini götürüblər.
Viral.az “tert.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis bir daha aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə, qarşıdurmalara səbəb olmamağa çağırıb.
“Hər hansı qanunsuz davranış müvafiq olaraq cəzalandırılacaq”, – deyə Ermənistan polisi xəbərdarlıq edib.
Son Yazılar:
- Daşkəsəndə bir neçə nəfər dəm qazından ZƏHƏRLƏNDİ
- COP29 Paris Sazişinin iki maddəsini qəbul ETDİ
- Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
Xatırladaq ki, İrəvanda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına etiraz olaraq hökumət əleyhinə aksiyalar keçirilir.
(redaktor.az)