İyunun 13-də ABŞ və Ukrayna prezidentləri Co Bayden və Vladimir Zelenski təhlükəsizlik sazişi imzalayacaqlar.
Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Sənəd İtaliyada keçiriləcək görüşdən sonra imzalanacaq. Birləşmiş Ştatlar razılaşmaya əsasən, Ukraynanı qorumaq üçün öz qoşunlarından istifadə etməyi öhdəsinə götürməyəcək.
Son Yazılar:
- Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: “Mənimlə evlənəcəksən”
- ABŞ sürətlə müflisləşir – İlon Mask
- Türkiyədə uçuşlarda fasilələr YARANDI
Bayden və Zelenski arasında iyunun 12-də keçiriləcək görüşü Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi elan edib. Rəsminin sözlərinə görə, prezidentlər ikitərəfli görüş keçirəcək, bundan sonra birgə mətbuat konfransında çıxış edəcəklər.
(redaktor.az)