Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü F.Qarayevi vurub.
Son Yazılar:
- XİN mina qurbanlarının sayını AÇIQLADI
- Ağ Evdə ABŞ və Rusiya prezidentlərinin xüsusi nümayəndələri GÖRÜŞƏCƏK
- 70 kq qızılla saxlanılan polkovnik-leytenantın həbsi UZADILDI
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, F.Qarayev ərazidə yolu süpürərkən avtomobil onu vurub.
Onun Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçisi olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.