-->

Adnan Əhmədzadədən Messiyə bahalı hədiyyə

Adnan Əhmədzadədən Messiyə bahalı hədiyyə

Azərbaycanlı iş adamı Adnan Əhmədzadə dünya futbol ulduzu, argentinalı Lionel Messiyə bahalı saat hədiyyə edib. 

Viral.az xəbər verir ki, bu barədə A.Əhmədzadə öz instaqram hesabındakı paylaşımda məlumat verib. 

Belə ki, onun Leoya hədiyyə verdiyi saat məşhur Jacob&Co şirkətinin “Barselona” klubunun 125 illiyi münasibətilə hazırladığı modellərindən biridir. Şirkət bu münasibətlə cəmi 125 saat buraxıb və onların hər birinin üzərində simvolik rəqəmlər əks olunub.

Son Yazılar:

A.Əhmədzadə 10 rəqəmi yazılmış saatı Messiyə hədiyyə edib.

Qeyd edək ki, A.Əhmədzadə Lionel Messi ilə dostluq əlaqələrinə malikdir. Onun “Barselona” rəhərliyi ilə münasibətləri də yüksək səviyyədədir.